"Barselona" səfərdə qələbə qazandı - FOTO+VİDEO

07.01.2019 01:37
279
"Barselona" səfərdə qələbə qazandı - FOTO+VİDEO

Futbol üzrə İspaniya çempionatının 18-ci turunda “Xetafe” öz meydanında ötən çempion “Barselona”nı qonaq edib.

 

Ekspress.az xəbər verir ki, hakim Kuadra Fernandesin idarə etdiyi matçda hesabı 20-ci dəqiqədə argentinalı ulduz Lionel Messi açıb. Oyunun 39-cu dəqiqəsində “Barsa”nın digər hücumçusu Luis Suares qol vurub. Hissənin sonlarına yaxın “Xetafe”nin heyətində J.Mata fərlənərək hesabı 2-1 edib.

 

Qarşılaşmanın ikinci hissəsində oyunda gərginlik artıb. Rəqib futbolçular daha çox Messi və Suaresə qarşı kobudluqları ilə yadda qalıblar. 54 dəqiqədə Messi fərqlənməyə yaxın olub. Onun vurduğu topu qapıçı David Soria dəf etməyi bacarıb. Oyunun 62-ci dəqiqəsində cərimə meydanı yaxınlığında Messiyə qarşı kobudluq edilib. Zərərçəkmişin vurduğu top qapının azacıq üstündən keçib. 75-ci dəqiqədə Messi qapıçı ilə təkbətək qalsa da Soria topun qapıdan geçməsinə imkan verməyib. 83-cü dəqiqədə Messi daha bir qüvvətli zərbəsi ilə yadda qalıb. Çərçivəyə gedən topu D.Soria gözəl seyrlə qapıdan çıxara bilib. 85-ci dəqiqədə cərimə meydanşası yaxınlığında yenidən Messiyə qarşı kobudluq edilib. Lakin onun cərimə zərbəsindən vurduğu top qapının üstündən keçib.

 

Oyun Kataloniya klubunun qələbəsi ilə başa çatıb.


"Xetafe" 1 - "Barselona 2


Bu nəticə ilə “Barselona” xallarının sayını 40-a çatdıraraq turnir cədvəlində liderliyini davam etdirir.

 

AQİL

 


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND