Rafet El Roman tanış olduğu qızla görüşdükdən sonra ŞOK YAŞADI - VİDEO

11.10.2019 18:05
90
Rafet El Roman tanış olduğu qızla görüşdükdən sonra ŞOK YAŞADI - VİDEO

Məşhur müğənni Rafet El Roman verilişlərin birində sosial şəbəkədə tanış olduğu bir qızla görüş zamanı başına gələn hadisədən danışıb.


Ekspress.az -ın verdiyi xəbərə görə, o, bu səmimi etirafıyla yenidən gündəmə gəlib.


"Sosial şəbəkələrdə heç kimə mesaj yazmadığımı deyə bilmərəm, çünki yazıram. Kimisə bəyənmişəm, tanış olmaq istəmişəm. Bunun nəyi pisdir ki? Amma bir dəfə biri məni aldatdı.


Deməli, gözəl bir qadınla danışıram, şəkilləri superdir. Çox gözəldir. Hətta düşünürsən ki, bu gözəllikdə bir qızı indiyədək necə filmlərə falan çəkilməyib?..


Öz-özümə fikirləşdim ki, klipimə çəkərəm onu. İki-üç ay məni və komandamı dolandırdıqdan sonra nəhayət, görüşüb qəhvə içməyə qərar verdik. Görüşməz olaydıq.


Görüşə isə şəkillərlə heç bir əlaqəsi olmayan biri gəldi. Sən demə, səhifəsinə məşhur ulduzun fotolarını qoyurmuş.


"Aman Allahım" dedim. Menecerim də pəncərədən bizi izləyir. Gülməkdən uğunur!


Oturub bir fincan qəhvə içdik. Nəzakət göstərdim. Necə olsa, alicənab biriyəm", - deyə müğənni hekayəsini paylaşıb.


(big)


Ekspress.az