İlham Əliyev 4 sərəncam imzaladı

01.10.2019 18:22
56
İlham Əliyev 4 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.


Ekspress.az sərəncamın mətnini təqdim edir:


Azərbaycanda neft-kimya elminin inkişafındakı xüsusi xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:


“Əməkdar elm xadimi”


Əlimərdanov Hafiz Mütəllim oğlu

Həsənov Arif Həsən oğlu

İbrahimov Hikmət Camal oğlu


“Əməkdar mühəndis”


Abdullayev Elmar Şahmar oğlu.


***


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda deyilir:


Azərbaycanda neft-kimya elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Əliyeva Leylufər İmran qızı

Hacıyev Arif Şahmalı oğlu

Məmmədbəyli Eldar Hüseynqulu oğlu

Səidova Adilə Atakişi qızı

Süleymanov Samir Süleyman oğlu.


***


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda deyilir:


Azərbaycanda neft-kimya elminin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşları “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:


Abbasov Vaqif Məhərrəm oğlu

Məmmədyarov Məhərrəm Əli oğlu

Rüstəmov Musa İsmayıl oğlu.


***


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Sərəncamda deyilir:


1. Ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna 4.0 (dörd) milyon manat ayrılsın.


2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. (axar)


Ekspress.az


  • SON XƏBƏR
  • TREND