Məşhur müğənnidən Trampa sərt sözlər: Anlamırsan...


05.08.2019 17:21
171
Məşhur müğənnidən Trampa sərt sözlər: Anlamırsan...

Donald Tramp, sən hələ terrorun nə olduğunu tam anlaya bilmirsən.


Ekspress.az xəbər verir ki, bu sözləri məşhur müğənni Rihanna Trampın Tvitter hesabından yazdığı paylaşıma cavab olaraq bildirib.


“Donald Tramp, ölkənizdə 2 terror hadisəsi baş verib. Siz sadəcə buna üzüldüyünüzü deyirsiniz. Amma fikirləşmək lazımdır ki, bir terrorçu necə Kaliforniyadakı terror hadisəsindən sonra rahatlıqla (AK-47) silah ala bilər? Bu, çox qorxunc bir şeydir. Bir dünya təsəvvür edin ki, orada AK-47 silahını almaq viza almaqdan daha asandır. Həmçinin, elə bir dünya təsəvvür edin ki, terrorçuları ölkədə saxlamaq üçün ölkənin sərhədlərinə divar çəkirlər. Bunun nəticəsində də bu qədər insan həyatını itirdi.


Mən Texas, Kaliforniya və Ohayodan gələn xəbərlərə görə çox üzüldüm. Orada ölən insanların yaxınlarına ən dərin hüznlə başsağlığı verirəm”, - Rihanna qeyd edib.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp öz Tivitter hesabında ölkədə baş verən terrorla bağlı “Texas ştatındakı faciəli hadisə təkcə terror deyil, həm də qorxaqlıq əlamətidir. Mən bu ölkədə hər kəsin yanındayam və baş vermiş bu çirkin əməli kəskin pisləyirəm” yazıb. (kult)


Ekspress.az


Açar sözlər: