• 6 °C Bakı
  • -5 °C Quba
  • 1 °C Gəncə
  • -1 °C Yevlax
  • -3 °C Naxçıvan

AFFA "Qəbələ", "Zirə" və "Sabah"ı cərimələyib

06.02.2019 13:21
68
AFFA "Qəbələ", "Zirə" və "Sabah"ı cərimələyib

AFFA İntizam Komitəsi "Qəbələ" klubunu 1600 manat məbləğində cərimələyib. 


Ekspress.az AFFA-ya istinadən xəbər verir ki, cərimələnmə Azərbaycan Premyer Liqasının XV turunda "Qəbələ"nin evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdiyi matçda hakimlər otağında lazımı inventarların olmaması səbəb göstərilib. 


Qurum həmçinin "Zirə" və "Sabah" komandalarını da cəzalandırıb. Hər iki komandaya oyunun protokolunu vaxtında təqdim etmədikləri üçün 800 manat cərimə kəsilib. 


"Zirə" əlavə olaraq 1600 manat ziyana düşüb. Bu, komandanın futbolçusu Vüqar Mustafayevin həmin qarşılaşmada aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alması ilə əlaqədardır. Yarımmüdafiəçiyə 2 oyunluq cəza da verilib. 


"Sabah"ın futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün 1 oyunluq cəzalanmaqla yanaşı, kluba 200 manat ziyan dəyib. 


Bundan başqa, hərəyə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Zirə” və “Sabah” klublarına 800 manat cərimə kəsilib. 

Qeyd edək ki, "Qəbələ" 1:0, "Sabah" 2:0 hesablı qələbə qazanıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND