207 379 ha sahədə taxıl biçilib, orta məhsuldarlıq 29,7 sentnerdir

11.06.2019 13:49
107
207 379 ha sahədə taxıl biçilib, orta məhsuldarlıq 29,7 sentnerdir

İyunun 11-nə olan operativ məlumata görə, ölkə ərazisində 207379 hektar sahədə taxıl biçini aparılıb, 189505,7 hektarda arpa, 17873,3 hektarda buğda biçini başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, ümumilikdə bu günədək ölkə üzrə 617303,9 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,7 sentner təşkil edir.

Bərdə rayonunda arpa biçini başa çatıb. Kürdəmir rayonunda arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29926 hektar sahənin 28795 hektarı artıq biçilib.


Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax, Bərdə, Beyləqan, Samux, Goranboy, Qax, Masallı, Ağcabədi, Füzuli, Ağdam və Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:




Qeyd edək ki, bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.


Ölkə üzrə taxıl biçininə 1413 kombayn cəlb olunub. Bunlardan 545-i “Aqrolizinq” ASC-nin balansında olan kombaynlardır. Arpa biçininə cəlb olunan digər kombaynlar isə fiziki və hüquqi şəxslərə məxsusdur. “Aqrolizinq” ASC-nin kombaynları ilə 81393 hektar, fiziki və hüquqi şəxslərdə olan kombaynlarla 125986 hektar sahə biçilib.



Ekspress.az

  • SON XƏBƏR
  • TREND