Bakıda qız şirkətə CV verdi - ona geyimlə bağlı bu şəkli göndərdilər

19.06.2019 17:06
235
Bakıda qız şirkətə CV verdi - ona geyimlə bağlı bu şəkli göndərdilər

Bakıda avtomobil servis şirkəti iş üçün müraciət edən xanımdan tələb etdiyi ətək ölçüsü ilə sosial şəbəkədə müzakirəyə səbəb olub.


Bu barədə məlumatı jurnalist Xədicə İsmayıl paylaşıb. O bildirib ki, universitet məzunu iş axtardığı üçün CV-ni elan saytına yerləşdirib. Ona “Mayson Car Club” adlı avto-servis məktub yazaraq şəkillərini istəyib.


Bundan başqa, şirkət ona “dress-code” göndərib. Həmin “dress-code”a əsasən ancaq qısa ətəkli xanımlar işə götürülür.


Ekspress.az xəbər verir ki, “Qafqazinfo” məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlayıb. Şirkətdən bildirilb ki, məsələ araşdırılacaq və yaxın müddətdə rəsmi cavab veriləcək.


Ekspress.az