Minsk-2019: İlk mükafatçılar müəyyənləşib

22.06.2019 14:02
75
Minsk-2019: İlk mükafatçılar müəyyənləşib

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında ilk mükafatçılar müəyyənləşib. 


İlk medallar güllə atıcılarının mübarizəsində sahibini tapıb. Qarışıq komandaların 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında qalib bəlli olub. Rusiyalılar Vitalina Batsaraşkina və Artyom Çernousov qızıl medala sahib çıxıblar. Onlar finalda serbiyalılar Zorana Arunoviçlə Damir Mikeçə qalib gəliblər – 17:9. Almaniyalılar Sandra Reyts və Kristian Reyts isə bürünc mükafata yiyələniblər (APA). 


Qeyd edək ki, bu növdə çıxış edən Azərbaycan təmsilçiləri Ruslan Lunyov və Nigar Nəsirova təsnifatda 19-cu olublar.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND