Türkiyənin Rusiyadan aldığı S-400 kompleksləri NATO-nu narahat etdi

12.07.2019 17:11
47
Türkiyənin Rusiyadan aldığı S-400 kompleksləri NATO-nu narahat etdi

Türkiyənin Rusiyadan aldığı S-400 raket komplekslərinin Ankaraya təslim edilməyə başladıqdan sonra NATO-dan "narahatıq" deyə açıqlama verilib.


Ekspress.az xəbər verir ki, Yeni Amerika Təhlükəsizliyi Mərkəzi”nin (“Centre for a New American Security”) elmi əməkdaşı Nikolas Eras (Nicholas Heras) isə Türkiyənin S-400 almasını, hava müdafiə straqtegiyası baxımdan "oyun dəyişdirən" bir həmlə olaraq dəyərləndirilib.


NATO-nun səlahiyyətli şəxsləri belə açıqlama verib: 


"Əməliyyatların və vəzifələrin icrasında hərbi güclərimizin koordinasiya olaraq çalışması həyati əhəmiyyətdədir". 


Nikolas Eras da bununla bağlı mətbuata açıqlama verib:


"Ərdoğanın Türkiyəni bir 'Avrasiya" gücü olaraq göstərməsi sirr deyil. Bu da Türkiyənin, ABŞ və NATO ilə olduğu qədər Çin və Rusiya ilə də əlaqələrini balanslaşdırmağa ehtiyacı olduğu mənasını verir. Türkiyənin sonsuza qədər Amerika düşərgəsində qalacağının zəmanəti yoxdur" (unikal.org).


Ekspress.az


  • SON XƏBƏR
  • TREND