Kral Kubokunun yarımfinal mərhələsində növbəti heç-heçə

08.02.2019 01:57
201
Kral Kubokunun yarımfinal mərhələsində növbəti heç-heçə

İspaniya Kubokunun yarımfinal mərhələsində növbəti oyun keçirilib.


Ekspress.az xəbər verir ki, "Real Betis" öz meydanında "Valensiya" ilə qarşılaşıb.


Matç heç-heçə ilə yekunlaşıb. Komandalar hərəyə 2 qol vuraraq meydanı tərk ediblər.


"Real Betis" - "Valensiya" 2-2


Qeyd edək ki, bu komandalar arasında cavab görüşü fevralın 28-də keçiriləcək.


Xatırladaq ki, ötən gün keçirilən digər yarımfinal qarşılaşmasında "Barselona" və "Real Madrid" klubları da hərəyə 1 qol vuraraq sülh bağlayıblar.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND