Qayınata əsəbləşərək maşınla gəlininin üstündən keçib - YENİLƏNİB

04.10.2019 19:30
66
Qayınata əsəbləşərək maşınla gəlininin üstündən keçib - YENİLƏNİB

Tərtərdə gəlinini avtomobillə vuraraq öldürən şəxsin kimliyi məlum olub. 


Ekspress.az xəbər verir ki, bu, Şuşa rayonundan məcburi köçkün Qara Şahvələdovdur.


O, gəlini, 1994-cü il təvəllüdlü Quluzadə Əfsanə Fəxrəddin qızını avtomobillə vuraraq öldürüb və könüllü polisə təslim olub.


***


Tərtər rayonunda qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.


Hadisə rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində baş verib. 


Hələlik şəxsiyyəti məlum olmayan kişi gəlinini minik avtomobili ilə vurub. Ağır bədən xəsarətləri alan gənc qadın xəstəxanaya yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir. 


Hadisə şahidlərinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.


Baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND