Azərbaycanda 16 yaşlı qız hamilə qaldı

18.10.2019 11:48
160
Azərbaycanda 16 yaşlı qız hamilə qaldı

Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb.


Ekspress.az Trend-ə istinadən xəbər verir ki, fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib.


Belə ki, oktyabrın 15-də Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.


Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər Polis Şöbəsinə məlumat verilib.


Faktla bağlı şöbədə araşdırmalara başlanılıb.


Ekspress.az