Ənə­nə­vi qal­ma­qal

27.12.2018 19:35
443
Ənə­nə­vi qal­ma­qal

Mü­xa­li­fət­də ye­ni qal­ma­qa­lın əsa­sı qo­yul­du. De­yən gə­rək, ay İs­gən­dər bəy, si­zə "zir­və"-mir­və la­zı­mıy­dı? Ke­çir­di­niz təd­bi­ri, dü­şər­gə­də ye­nə aləm bir-bi­ri­nə dəy­di...


İs­gən­dər Hə­mi­dov mü­xa­li­fə­ti "zir­və"yə yağ­dı ki, bəl­kə bun­dan son­ra dü­şər­gə­də­ki­lər bir-bi­ri­nə çəp bax­ma­ya­lar. Am­ma bə­zi­lə­ri ye­nə də say­ma­maz­lıq edib də­və­ti qə­bul et­mə­di. Düz­dür, bun­dan heç İs­gən­dər bə­yin tü­kü də tər­pən­mə­di. Di gəl ki, hə­mi­şə öü­zü­nü dar­tan­la­rın ca­vab­la­rı­nı ye­rin­də və vax­tın­da ve­rən ADP səd­ri Sər­dar Cə­la­loğ­lu bu də­fə də su­sa Da­nış­dı, nə da­nış­dı.


Ki­min­sə özü­nü mü­xa­li­fət elan edib, baş­qa­la­rı­nı mü­xa­li­fət say­ma­ma­sı­nı qey­ri-si­ya­si ya­naş­ma he­sab edən Cə­la­loğ­lu bu­nu fak­ti­ki ola­raq məi­şət sə­viy­yə­sin­də int­ri­qa ma­hiy­yət­li bir mə­sə­lə ki­mi də­yər­lən­di­rir. De­yir ki, əgər bir adam özü­nü mü­xa­li­fət elan edir­sə və doğ­ru­dan da ha­ki­miy­yə­tin apar­dı­ğı si­ya­sət­də mə­su­liy­yət da­şı­mır­sa, fak­ti­ki ola­raq mü­xa­li­fət­dir. Bə­zi­lə­ri­nin öz­lə­ri­ni hə­mi­şə "əsl mü­xa­li­fət" say­dıq­la­rı­nı de­yən ADP səd­ri bil­di­rir ki, be­lə­lə­ri öl­kə­nin ma­raq­la­rı­nın ar­dı­cıl ola­raq tap­dan­ma­sı­na, Ru­si­ya­nın Azər­bay­ca­nı get­dik­cə da­ha çox öz tə­sir dai­rə­si­nə sal­ma­sı­na, ümum­mil­li mü­qa­vi­mə­tin təş­kil edil­mə­mə­si­nə gö­rə heç bir mə­su­liy­yə­ti üzər­lə­ri­nə gö­tür­mür­lər. "Əgər ye­ga­nə mü­xa­li­fət sən­sən­sə, o hal­da bu gün Azər­bay­can­da mü­xa­li­fə­tin özü­nün və­zi­fə­lə­ri­ni ye­ri­nə ye­tir­mə­mə­si­nə də sən mə­su­liy­yət da­şı­yır­san. Bu da sə­nin ya sat­qın­çı­lı­ğı­nı, ya ba­ca­rıq­sız­lı­ğı­nı, ya da qa­bi­liy­yət­siz­li­yi­ni gös­tə­rir. Fər­qi yox­dur, ya sat­qın­san, ya gü­cün yox­dur, ya da gü­cün ol­sa da, hə­min güc­dən is­ti­fa­də et­mək qa­bi­liy­yə­tin yox­dur. Am­ma sə­la­hiy­yət mə­sə­lə­si­nə gə­lən­də, bu adam­lar dər­hal qa­ba­ğa çı­xır­lar. Be­lə he­sab edir­lər ki, bun­lar­dan baş­qa mü­xa­li­fət yox­dur" ("ba­ku­post").


Mü­xa­li­fət 30 il­dir "əsl mü­xa­li­fət"in cız­dı­ğı yol­la ge­dir­lər. Am­ma bu il­lər­də bir də­nə di­şə vu­ru­la­sı uğur­la­rı ol­ma­yıb. Elə ADP səd­ri­ni də yan­dı­ran bu­dur. "Yax­şı, qar­daş, in­di­yə qə­dər siz de­di­yi­niz yol­la ge­di­lib, siz rəh­bər­lik et­mi­si­niz, siz mü­xa­li­fə­ti bir­ləş­dir­mi­si­niz, ayır­mı­sı­nız, seç­ki­yə get­mi­si­niz, seç­ki­yə get­mə­yib boy­kot et­mi­si­niz. Xe­yir ola, si­zin 30 il­lik si­ya­sə­ti­niz Azər­bay­can­da irə­li­yə doğ­ru heç bir də­yi­şik­li­yə gə­ti­rib çı­xar­ma­yıb. İn­di sə­nin ki­mi bir mü­xa­li­fə­tin ol­ma­sı­nın nə mə­na­sı var? Bir 30 il də göz­lə­yək ki, bun­lar mü­xa­li­fət­çi­dir­lər".


AXCP və Mü­sa­va­tı qoy­duq bir qı­ra­ğa, si­zin təd­bir­lə­rə gəl­mir­lər, gə­lə­cək­lə­ri də göz­lə­nil­mir. Bəs siz özü­nüz nə et­mək is­tə­yir­si­niz, ni­yə top­la­şır­sı­nız? De­mə, "zir­və"yə çı­xan­lar Azər­bay­can­da si­ya­si fə­al­lı­ğa, de­mok­ra­tik­ləş­mə­yə na­il ol­maq niy­yə­tin­də­dir­lər. "Ən va­ci­bi də bir ic­ti­mai güc ki­mi Dağ­lıq Qa­ra­bağ prob­le­mi­nin həl­lin­də ak­tiv şə­kil­də iş­ti­rak edə bi­lək. Bu ba­xım­dan be­lə qə­naə­tə gəl­dik ki, yı­ğı­şaq, bu hə­rə­ka­tın, təş­ki­la­tın Əsas­na­mə­si­ni, yol xə­ri­tə­si­ni ha­zır­la­yaq, proq­ra­mı­nı ha­zır­la­ra­yaq, mü­ba­ri­zə­nin üsul və va­si­tə­lə­ri­ni mü­əy­yən­ləş­di­rək. Ey­ni za­man­da xal­qı­nı məhz bu mər­kə­zin ət­ra­fın­da bir­ləş­di­rək".


Avaz­la­rı ye­nə yax­şı gəl­di, am­ma oxu­nan Qu­ran ol­ma­dı...