Tramp düşündü ki, İran 3 aya süqut edəcək - Ruhani

22.08.2019 14:08
83
Tramp düşündü ki, İran 3 aya süqut edəcək - Ruhani

İranın nüvə müqaviləsindən çıxdıqdan sonra süqut edəcəyi ilə bağlı Trampın gözləntiləri özünü doğrultmadı.


Ekspress.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.


“Tramp gözləyirdi ki, İran 3 ay sonra süqut edəcək. ABŞ uduzdu, biz isə qələbə qazanıb, iqtisadi vəziyyətimizi möhkəmləndirdik. ABŞ əgər regionda stabilləşmə istəyirsə, İrana qarşı məntiqli siyasət yeridib, sanksiyaları ləğv etməlidir. Yaxın Şərqdə təhlükəsizlik İransız mümkün deyil”, - o bildirib. (axar)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND