AVROPARLAMENT-2019: Azərbaycan seçkiləri - FOTOLAR

25.05.2019 15:20
157
AVROPARLAMENT-2019: Azərbaycan seçkiləri - FOTOLAR


Nəhayyət bizim Azərbaycan Respublikamızdada, 2019-cu ildən Avropa Parlamentinə seçkilər keçirilir.

Bu hüququ, bizim Respublikamıza, Latviyanın Mərkəzi seçki komisiyannın gərarına görə, Bakı şəhərində Cəfər CABBARLI küçəsi 44, “Caspian Plaza II” 6-çı mərtəbəsində yerləşən Latviya Respublikasının Səfirliyində mayın 25-də, səhər saat 7-dən, axşam 20-yə gədər seçkilər vaxtı təyin edildi.


Latviya Respublikasının Xarici işlər nazirliyinin tapşırıqına əsaslanaraq, dünyanın 38 ölkəsində 45 Seçki məntəqələri yaradılmışdır:


ABŞ (Nev-York və Vaşinqton), BƏƏ (Abu-Dabi), Danimarka, Estoniya, İtaliya, Çin, Azərbaycan (Bakı) və Gürcustan (Tiflis).


Latışlar gərara gəldilər ki, Ermənistanda (Yerevan şəhəri) belə Seçki məntəqəsi yaradılmayacaq və olmayacaq!   


Bakıda, Avropa birliyinin Parlamentinə Latviyanın 246 namizədindən, 8 nəfər Avrodeputat seçildi. Cəmi isə, Avropa birliyinin 28 ölkəsindən, 2019-cu ildə 751 yeni deputat seçildi.


Avropa Parlamenti, 1951-ci ildən İqtisadi və Siyasi birliyi kimi reytinqli sözü keçən, dünya təşkilatı kimi yer alıb. Və qeyd etmək lazımdır ki, 2019-cu ildə, Avropa birliyinin vətəndaşların sayı 650 milyonu ötüb keçib.

Türkiyə, on illərdir çalışırki, Avropa Birliyinin üzvü olsun, lakin, türklər, hələdə bağlı qapının qabaqında məskünlaşıblar.


Azərbaycan Respublikası istəsə və lazım bilsə, “Latviya-Azərbaycan” kültür assosiasiyasında yaraddıgı “KNOW-HOW”, Dünyada yaşayan 78 milyon Azərbaycanlıdan, bizim unikal və yeganə Vətənimiz olan Azərbaycana, bizim Yeni texnologiyamız çata bilər, və Azərbaycanımız Avropa birliyinin üzvü olar.


Lakin, ən maraqlı məlumatı, hər bir müəllif axıra saxlayır:


maraqlısıda, sohbət Avrodeputatların maaşlarından gedəcək. Hər Avrodeputatın aylıq maaşı bərabərdir EUR 8’700, ya da AZN 17 min. Deməli, bu Deputat-müəllim gündəlik cib xərcləri 320 avroya bərabərdir, ya da azərbaycan manatı ilə 600 manatdan çox. Əlavə, hər bir Avrodeputat-müəllim, hər ay 4 min 500 avro, ya da 9 min manat pul: eyzamiyyə, mütəxəssiləri dəvət etməyə, evə-vətənə gedib gəlməyə ala bilir. Lakin, bu Avrodeputatların qazancı aylıq 26 min manatnan bitmir. Hər bir deputat öz yanına 9 – 15 mütəxəssis, müşavir dəvət edib, onların hərəsinə hər ay bir neçə min Avro maaş yazdıra bilər. Bu da belə!


Faiq SƏFƏROV

 “Latviya-Azərbaycan” kültür assosiasiyasının prezidenti.

Riqa- Bakı,

Fotolar „LaAzer” World Newsundur

  • SON XƏBƏR
  • TREND