ABŞ “Huawei” şirkətini "qara siyahı"dan çıxara bilər


29.06.2019 15:56
79
ABŞ “Huawei” şirkətini "qara siyahı"dan çıxara bilər

“Huawei” şirkətini ABŞ hökumətinin “qara siyahı”sından çıxarmaqla bağlı ABŞ ilə Çin arasında danışıqlar aparılır.


Ekspress.az xəbər verir ki, bu barədə G20 sammitinin yekun mətbuat konfransında ABŞ prezidenti Donald Tramp bildirib.


ABŞ şirkətlərinə öz avadanlıqlarını “Huawei”yə satmağa icazə verəcəklərini qeyd edən prezident Tramp bunun “Huawei” şirkətini ABŞ hökumətinin “qara siyahı”sından çıxarılacağı demək olub-olmaması barədə suala “bu barədə düşünürük” deyə cavab verib.


Qeyd edək ki, ABŞ Ticarət Departamenti bu ilin may ayının ortalarında “Huawei” şirkətini “qara siyahı”ya salaraq ABŞ istehsalçılarının texnologiyalarını əldə etməkdən məhrum etmişdi. Həmçinin sözügedən şirkət ABŞ-da yalnız müvafiq lisensiya ilə işgüzar fəaliyyət göstərməsinə yol verilənlər siyahısındadır. Belə ki, “Huawei” şirkəti ABŞ hökuməti tərəfindən Çin kəşfiyyatı və hərbi rəhbərliyilə əməkdaşlıqda ittiham edilərək istifadəçiləri izləməkdə belə şübhəli bilinir. ABŞ bir sıra ölkələri 5G mobil rabitəsinə keçərkən “Huawei” avadanlıqıalrından istifadə etməmələri üçün dilə tutmağa çalışır.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND