Paris Notr-Dam kilsəsi niyə yandı? SƏBƏB AÇIQLANDI

19.04.2019 09:12
501
Paris Notr-Dam kilsəsi niyə yandı? SƏBƏB AÇIQLANDI

Fransa paytaxtında yerləşən Notr-Dam de-Pari kilsəsinin yanmasına qısa qapanmanın səbəb olduğu ehtimal edilir.


Ekspress.az xəbər verir ki, bu barədə polis əməkdaşına istinadən "Associated Press" məlumat yayıb.


Onun sözlərinə görə, təhqiqatçılar ehtimal edirlər ki, yanğın təsadüfən olub, bununla belə həm kilsə işçiləri, həm də binanın bərpası ilə məşğul olan mütəxəssislər dindirilir (report). Eyni zamanda həmsöhbət yanğına səbəb ola biləcək digər fərziyyələri açıqlamayıb.


Kilsədə güclü yanğın bazar ertəsinə keçən gecə baş verib.


Ekspress.az