Generalın bacısı oğlu əməliyyat masasında can verdi

11.10.2019 11:30
142
Generalın bacısı oğlu əməliyyat masasında can verdi

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Nazim Məmmədova ağır itki üz verib.


Ekspress.az xəbər verir ki, Nazim Məmmədovun verdiyi məlumata görə, generalın bacısı oğlu Nazim Quliyev Türkiyədə qaraciyərin bir hissəsinin transplantasiyası zamanı həyatını itirib.


37 yaşlı mərhuma öz anasının qaraciyərinin bir hissəsinin köçürülməsi zamanı əməliyyat masasında həyatını itirib. Mərhumun cənzasi Azərbaycana gətirilərək dəfn edilib. Bu gün Heydər Əliyev Məscidində mərhumun üç mərasimi keçirilir. (unikal)


Ekspress.az