• 15 °C Bakı
  • 13 °C Quba
  • 11 °C Gəncə
  • 11 °C Yevlax
  • 7 °C Naxçıvan

Azərbaycan Prezidenti sosial müavinətləri artırdı - Fərman

15.04.2019 17:12
833
Azərbaycan Prezidenti sosial müavinətləri artırdı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.


Ekspress.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Fərmanda aşağıdakı dəyişikliklər edilib:


Yaşa görə müavinətin məbləği 73 manatdan 130 manata, əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət:


I qrup əlillərdə — 82 manatdan 150 manata

II qrup əlillərdə — 61 manatdan 130 manata

III qrup əlillərdə — 52 manatdan 110 manata çatdırılıb.


Əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikdə:


“I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;


Əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə:


“I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat;”;


Fərmanla sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə müavinət 68 manatdan 80 manata qaldırılıb.

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına verilən müavinətin məbləği 68 manatdan 100 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 61 manatdan 100 manata, uşağın anadan olmasına görə müavinət 109 manatdan 200 manata, dəfn üçün müavinət 146 manatdan 300 manata çatdırılıb.


Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND