Əli Həsənovun başı dərddə deyilmiş - köməkçisindən açıqlama

22.01.2019 12:02
216
Əli Həsənovun başı dərddə deyilmiş - köməkçisindən açıqlama

“21 yanvar 2019-cu il tarixində bəzi xəbər saytlarında “Əli Həsənovun başı dərddə: “Qaçqınkom”dakı ciddi pozuntular prokurorluğa göndərildi...” başlıqlı yazı dərc olunub. Həmin yazılarda qeyd olunanlar həqiqəti əks etdirmir”.

Ekspress.az xəbər verir ki, bunu "modern.az"a açıqlamasında Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sabiq sədri Əli Həsənovun köməkçisi Ramin Talıblı bildirib.

“Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna yalnız 15 tələbənin təhsil ödənişlərindən azad olunmaları üçün kənar şəxslər tərəfindən dələduzluq yolu ilə düzəldilərək verilmiş məcburi köçkün vəsiqələrinin araşdırılması ilə bağlı məsələ göndərilmişdir. Məlumat Azərbaycan Respublikasının Hesablama Palatası ilə dəqiqləşdirilib”, - deyə Baş nazir müavinin köməkçisi bildirib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND