Gələn il bütün pensiyalar 15 faiz artırılacaq

20.06.2019 13:55
270
Gələn il bütün pensiyalar 15 faiz artırılacaq

Pensiya sahəsində aparılan islahat 750 min insanı əhatə edəcək. Bu isə ölkədə ümumi pensiyaçıların təqribən 60%-i deməkdir.


Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiyalarla bağlı danışarkən deyib.


S.Babayev bildirib ki, yerdə qalan 40% pensiyaçı da yaddan çıxmayıb. Nazirin sözlərinə görə, 2020-ci ilin yanvarından pensiya artacaq:


“Orta aylıq əməkhaqqı artımı ilə bağlı proqnozumuz bu il üçün 15%-dir (trend). Buna uyğun olaraq 2020-ci ilin 1 yanvar tarixindən bütün pensiyaçıların təqaüdü əlavə 15% artacaq".


Ekspress.az