Həyat yoldaşı evi tərk etdiyi üçün özünü asdı

13.04.2019 11:13
455
Həyat yoldaşı evi tərk etdiyi üçün özünü asdı


Sumqayıtda ailə münaqişəsi ölümlə nəticələnib. 


Hadisə şəhərin 16-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verib.


Həyat yoldaşı ilə mübahisə edən 1997-ci il təvəllüdlü Verdiyev Kənan Eynur oğlu canına qəsd edib. Tərəflər arasında yaranan mübahisədən sonra K. Verdiyevin həyat yoldaşı evi tərk edərək atası evinə gedib. Buna dözməyən Kənan Verdiyev özünü yaşadığı evdə asıb. 


Faktla bağlı araşdırma aparılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND