Rüşvətə görə həbs edilən müstəntiq: "Pulları tək yeməmişəm, ad çəkə bilmirəm"


18.06.2019 14:41
145
Rüşvətə görə həbs edilən müstəntiq: "Pulları tək yeməmişəm, ad çəkə bilmirəm"

Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən Sumqayıt şəhər Polis İdarəsinin sabiq müstəntiqi Bəhruz Quliyevin məhkəməsi davam etdirilib. 


Ekspress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərəçəkən Məhbubə Məmmədova deyib ki, həbsdə olan oğlunun azadlığa buraxılması Bəhruz Quliyevə 5 min manat verib.


Zərərçəkən Dəyanət Əliyev isə bildirib ki, həbs edilən qardaşının cinayət işindən ötrü müstəntiq ondan 15 min manat istəsə də, 7 min manat pul verib. 


Zərərçəkən Telman Əliyev oğlunun cinayət işinə xitam verilməsi üçün B.Quliyevə 3 dəfəyə 5 min manat verdiyini deyib. 


Zərəçəkən Elvin Novruzov isə bildirib ki, hərbi xidmətdən qayıdandan sonra polisə işə düzəlmək istəyib (bakupost). B.Quliyev onu 6 min 500 manata polis orqanlarına düzəldəcəyini vəd edib və pulu alıb. 


Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, alınan pullarlın hamısını özü mənimsəməyib: "Sadəcə, əlimdə sübut olmadığına görə həmin adamın adını çəkə bilmirəm". 


Məhkəmə prosesi iyunun 19-da davam edəcək.


Qeyd edək ki, Bəhruz Quliyev Cinayət Məcəlləsinin 311.3.2-ci (Təkrar rüşvət alma), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (Külli-miqdarda dələduzluq) maddələri ilə ittiham edilir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND