Himn mü­ba­hi­sə­si

18.12.2018 19:50
925
Himn mü­ba­hi­sə­si

Par­la­ment­də bi­ri "h" hər­fi­ni de­mə­miş, Ta­hir Kə­rim­liy­lə Araz Əli­za­də ona "imn" ar­tı­rıb himn­dən da­nı­şır­lar. Tə­bii ki, tə­zə bir şey söy­lə­mir­lər, hə­mi­şə de­dik­lə­ri­dir de­dik­lə­ri; ay nə bi­lim, him­nin söz­lə­ri də­yi­şil­mə­li­dir, söz­lə­ri­nin mü­əl­li­fi Əh­məd Ca­vad de­yil. Elə bil iş­lə­ri an­caq himn­dən da­nış­maq­dır...


Dü­nən par­la­ment­də ye­ni ha­zır­la­nan "Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət Him­ni haq­qın­da" qa­nun la­yi­hə­si mü­za­ki­rə olun­du. 9 mad­də­dən iba­rət la­yi­hə­də Azər­bay­can Döv­lət Him­ni­nin ifa edil­mə­si, oxun­ma­sı və din­lə­nil­mə­si qay­da­la­rı mü­əy­yən edi­lir.


Qa­nun la­yi­hə­si mü­ba­hi­sə­siz mü­za­ki­rə olun­ma­yıb. "Himn­dən da­nı­şan­da han­sı de­pu­tat bu­nun söz­lə­ri­nə irad bil­di­rir", "Him­nin söz­lə­ri­nin Əh­məd Ca­va­da məx­sus ol­du­ğu­na inan­ma­yan par­la­men­ta­ri akim­dir" su­al­la­rıy­la sor­ğu ke­çir­sək, bir­mə­na­lı ola­raq Ta­hir Kə­rim­li və Araz Əli­za­də ca­vab­la­rı­nı ala­ca­ğıq. Fi­kir ve­ri­rəm, son za­man­lar Mil­li Məc­lis­də de­pu­tat­lar "h" hər­fi­ni de­mə­yə peş­man olur­lar. O də­qi­qə Kə­rim­liy­lə Əli­za­də himn­dən da­nı­şır­lar. Tə­zə də bir şey de­sə­lər, nə var­dı ki, in­di­yə­dək de­dik­lə­ri­ni dö­nə-dö­nə tək­rar­la­yır­lar. Elə dü­nən də be­lə ol­du.


Bir müd­dət əv­vəl də Ta­hir Kə­rim­li him­nin söz­lə­ri­nin də­yiş­di­ril­mə­si­ni is­tə­miş­di. Elə on­da da in­di­ki ki­mi qı­naq­la­ra tuş gəl­miş­di. De­yir ki, o vaxt apa­rı­lan mü­za­ki­rə­lər onun əley­hi­nə yö­nəl­sə də, cə­miy­yə­ti­mi­zə xey­ri olub: "Him­nin ma­hiy­yə­ti ilə bağ­lı da­ha çox mə­lu­mat­lar əl­də edil­di. Ha­zır­da mə­lu­mat al­mı­şam ki, himn bey­nəl­xalq sə­viy­yə­də ye­ni­dən aran­ji­man olu­na­caq".

T.Kə­rim­li bun­lar­la ki­fa­yət­lən­səy­di, dərd ya­rıy­dı. De­yib ki, Dağ­lıq Qa­ra­ba­ğı iş­ğal­dan azad et­mə­yi is­tə­yən bir mil­lə­tin him­ni da­ha əzə­mə­tə­li və key­fiy­yət­li ol­ma­lı­dır. Adam əzə­mət və key­fiy­yət de­yən­də nə­yi nə­zər­də tu­tur, onu açıq­la­mır ki, ca­ma­at da bil­sin.


Bu da son de­yil. Kə­rim­li bu də­fə him­ni­mi­zin söz­lə­ri­nin Əh­məd Ca­va­da məx­sus ol­ma­dı­ğı­nı id­dia edib.


Onun so­nun­cu id­dia­sı­na həm­ka­rı Araz Əli­za­də­dən dəs­tək gə­lib. O da him­ni­mi­zin söz­lə­ri­nin Əh­məd Ca­va­da de­yil, Cə­mo bəy Cəb­ra­yıl­bəy­li­yə məx­sus ol­du­ğu­nu söy­lə­yib. De­yib ki, bəs bu, fakt­lar­la sü­but olu­nub.


Tə­bii ki, hər iki de­pu­tat söy­lə­dik­lə­ri­nə gö­rə həm­kar­la­rı­nın qı­na­ğı­na tuş gə­lib. De­pu­tat Qə­ni­rə Pa­şa­ye­va cə­miy­yə­tin Əh­məd Ca­va­dın ru­hu­nun na­ra­hat edil­mə­sin­dən na­ra­hat ol­du­ğu­nu de­yə­rək, bu mə­sə­lə­yə bir­də­fə­lik nöq­tə qo­yul­ma­sı­na ça­ğı­rıb: "Bu him­nin mü­əl­li­fi Əh­məd Ca­vad­dır, mu­si­qi­si Üze­yir Ha­cı­bəy­li­nin­dir".


Ta­rix­çi­lər də bu mə­sə­lə­nin mü­za­ki­rə­si­nin əley­hi­nə­dir­lər.


Vəs­sa­lam. Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin ya­ran­ma­sı­nın 100 il­lik yu­bi­le­yin­də be­lə mü­za­ki­rə­lə­rin baş qal­dır­ma­sı ada­mı lap bez­di­rir...