"Çelsi" 64 milyon avroya futbolçu aldı

02.01.2019 21:32
392
"Çelsi" 64 milyon avroya futbolçu aldı

İngiltərənin “Çelsi” klubu Dortmund “Borussiya”sının futbolçusu Kristian Pulişiçi transfer edib.


Ekspress.az “Report”a istinadən xəbər verir ki, londonlular ABŞ millisinin 20 yaşlı cinah yarımmüdafiəçisi üçün 64 milyon avro ödəyiblər. Lakin o, yeni klubuna yayda qoşulacaq.

Pulişiç 2019-cu ilin iyununa qədər icarə əsasında Dortmund komandasının formasını geyinəcək.


Qeyd edək ki, Pulişiç 2016-cı ilin yanvarından “Borussiya”da çıxış edir.

Açar sözlər: