Putin Azərbaycan diaspor rəhbərinə Fəxri fərman verib

13.04.2019 19:28
39
Putin Azərbaycan diaspor rəhbərinə Fəxri fərman verib

Rusiyanın Krasnoyarsk diyarının Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri, Krasnoyarsk şəhər Deputatları Şurasının deputatı Taleh Mahmudov Rusiya Prezidentinin Fəxri fərmanı ilə təltif olunub.


Bu barədə Sərəncam “Rəsmi hüquqi informasiya portalı”nda yerləşdirilib.


Sərəncamda deyilir ki, Krasnoyarsk diyarı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri, “Bionika” bərpa terapiyası klinikası” MMC-nin direktorlar şurasının sədri Taleh Mahmudov qazandığı nailiyyətlərə, ictimai işdə fəallığına və uzun illər vicdanlı əməyinə görə Rusiya Federasiyası Prezidentinin Fəxri fərmanı ilə təltif olunur (Azərtav). Taleh Mahmudov Azərbaycanın Ağsu rayonunda anadan olub. Krasnoyarsk Dövlət İnşaat Mühəndisləri İnstitutunun məzunudur.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND