Bakı polisi sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT ETDİ

23.08.2019 12:38
80
Bakı polisi sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT ETDİ

Bakı şəhər Baş Polis İdarəsi sosial şəbəkə istifadəçilərinə müraciət edib.


Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırıb:


"Sosial şəbəkə istifadəçiləri tərəfindən “Bakı şəhər Baş Polis İdarəsi” səhifəsində paylaşılan məlumatlara şərhlərin yazılması ilə bağlı heç bir məhdudiyyət tətbiq olunmur. İctimai əlaqələrin dərinləşməsi və genişlənməsi üçün fəaliyyəti təşkil olunan rəsmi səhifədə izləyicilərin şərhləri, verdiyi suallar operativ cavablandırılır. Lakin açıq səhifədə verilən suallara cavab verildikdən sonra sualın məzmunu “redaktə” olunur, verilən cavab kontekstdən çıxarılır. Bu, virtual təxribatdır


Xahiş edirik belə hallara yol verməyin, bu səhifənin əsas məqsədi cəmiyyəti polisin fəaliyyəti ilə bağlı məlumatlandırmaqdır. Bunu edənlərin məqsədləri məlumdur. Əlavə şərh etmədən onlara tövsiyyə edirik ki, bu əməl ictimai fikri çaşdırmağa yönələn növbəti cəhddir. Belə şərhələr və suallar səhifə admini tərəfindən xəbərdarlıq edilmədən silinəcəkdir." (unikal)

 


Bakı polisi sosial şəbəkə istifadəçilərinəMÜRACİƏT ETDİ


Ekspress.az

  • SON XƏBƏR
  • TREND