“Apple” şirkəti Çində iPhone istehsalını dayandıracaq

11.06.2019 21:42
28
“Apple” şirkəti Çində iPhone istehsalını dayandıracaq

"Apple" şirkəti ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin uzanacağı təqdirdə bütün iPhone modellərinin istehsalını Çindən kənara keçirdə bilər. Bu barədə Bloomberg saytının Foxconn şirkətinin rəhbərliyinə istinadən verdiyi məlumata əsasən Macdigger saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Tayvanın Foxconn şirkəti "Apple" cihazlarının böyük hissəsini istehsal edir.


“Bizim istehsalat gücümüzün 25%-i çindən kənarda yerləşir və biz Apple şirkətinin ABŞ bazarındakı tələbatlarını ödəyə bilərik” – deyə Foxconn şirkətinin direktorlar şurasının sədri Young Liu bildirib. O həmçinin qeyd edib ki, şirkət hal hazırda Hindistandakı istehsalat gücünü artırmaq üçün investisiyalar da yatırmaqla məşğuldur. Hal hazırda ABŞ bazarı üçün nəzərdə tutulmuş iPhone ilə iPad modellərinin böyük bir hissəsi məhz Çində istehsal olunur.


Lakin ABŞ hökuməti Çin mallarına yeni qiymət tariflərinin təyin olunmasında Pekinə xəbərdarlıq edir. Bu isə öz növbəsində "Apple" məhsullarının qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq (Technote). "Apple" şirkəti hələki Foxconn-dan istehsalatın Çindən kənara keçirilməsini istəməyib. Hindistanın isə Apple şirkəti üçün əsas istehsalat mərkəzinin olub-olmayacağı bilinmir. Hal hazırda Foxconn şirkəti Hindistanda iPhone XR də daxil olmaqla bir sıra köhnə iPhone modellərini istehsal edir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND