"Qarabağ" Çempionlar Liqasında növbəti oyununa çıxacaq


17.07.2019 09:02
77
"Qarabağ" Çempionlar Liqasında növbəti oyununa çıxacaq

Bu gün Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq.


Ekspress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Albaniya çempionu “Partizani”ni qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.


Tirandakı ilk qarşılaşmada qolsuz heş-heçə qeydə alındığı üçün istənilən qollu bərabərlik qonaqlara sərf edir. Bu üzdən “Qarabağ” müdafiədə maksimum diqqətli olmalıdır.

Qeyd edək ki, “Qarabağ” “Partizani” səddini keçəcəyi halda, II təsnifat mərhələsində “Dundalk” (İrlandiya) - “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Əks halda, Avropa Liqasında eyni raundda Moldova “Şerif”i ilə üz-üzə gələcək.


Çempionlar Liqası


I təsnifat mərhələsi, cavab oyunu


17 iyul


21:00. “Qarabağ” (Azərbaycan) – “Partizani” (Albaniya)


Baş hakim: Dumitru Muntyan


Yan xətt hakimləri: Vladislav Lifçu və Andrey Bodyan


Dördüncü hakim: Aleksandru Tyan (hakimlər briqadası Moldovadandır)


Hakim-inspektor: Uilyam Yanq (Şotlandiya)


UEFA nümayəndəsi: Maykl Foster (İngiltərə)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND