Neft Fondunun daşınmaz əmlaka investisiyaları özünü doğruldub

20.11.2018 11:05
235
Neft Fondunun daşınmaz əmlaka investisiyaları özünü doğruldub

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlaka investisiyaları özünü doğruldub. Ekspress.az xəbər verir ki, bunu ""Report"a müsahibəsində ARDNF-in İcraçı direktoru Şahmar Mövsümov verib.


Mövsümov qeyd edib ki, ARDNF daşınmaz əmlaka investisiya çərçivəsində Avropa, Asiya və Sakit Okean Hövzəsi regionlarında London, Moskva, Paris, Milan, Tokio, Seul kimi şəhərlərdə daşınmaz əmlaka birbaşa investisiyalar həyata keçirib: "Digər tərəfdən, ARDNF 2015-ci ildən etibarən inkişaf etmiş bazarlarda fəaliyyət göstərən, müxtəlif strategiyalarla, müxtəlif daşınmaz əmlak sektorlarına yatırım edən dünyanın qabaqcıl daşınmaz əmlak fondlarına investisiyalar həyata keçirməyə başlayıb. Ümumilikdə daşınmaz əmlak yatırımlarına başlanılandan keçən ilin sonuna qədər orta illik gəlirlilik təxminən 7,2% olub ki, bunun əsasında da ARDNF-nin daşınmaz əmlaka yatırdığı investisiyaların özünü doğrultduğunu demək mümkündür".


Ş.Mövsümov bildirib ki, dünyanın qabaqcıl araşdırma institutlarının hesabatlarına əsasən növbəti ildə dünyanın əsas daşınmaz əmlak bazarlarında inkişaf gözləntiləri var. ARDNF-nin investisiyalarının mövcud olduğu ölkələr də inkişaf proqnozları verilən ölkələr siyahısındadır.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND