57 adda dərman vasitəsi dövriyyədən çıxarılıb - SƏBƏB

06.03.2019 15:33
141
57 adda dərman vasitəsi dövriyyədən çıxarılıb - SƏBƏB



Ötən il aparılmış növbədənkənar yoxlamalar nəticəsində 57 adda 173 qutu dərman vasitəsi dövriyyədən çıxarılıb.

 

Ekspress.az Trend-ə istinadla xəbər verir ki, yoxlamalar dərmanların keyfiyyətinə nəzarət məqsədilə aparılıb.


Ümumilikdə əczaçılıq şirkətləri tərəfindən ölkəmizə idxal olunan dərman preparatlarından 30 335 nümunə götürülüb və laborator müayinədən keçirilib.


Qeyd edək ki, ötən il Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Wörwag Pharma GmbH and Ko.KG” şirkətinin "Thiogamma®Turbo" infuziya üçün məhlul dərman vasitəsinin 18F103 seriya ilə buraxılmış flakonları geri çağırılıb. Dərmanlar flakonlarda sızma ilə əlaqədar sterilliyin və apirogenliyin pozulması riski əsas götürülərək geri çağırılıb.


Ötən il eyni zamanda, Mərkəzin Farmakonəzarət sektoru tərəfindən dərman vasitələrinin təhlükəsizliyi üzrə alınmış siqnalların risk-fayda nisbətlərinin araşdırılması nəticəsində Çinin "Zhejiang Huahai Pharmaceuticals" şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasında kanserogen xüsusiyyətlərə malik olan "N-nitrosodimethylamine" (NDMA) maddəsi tapıldığından həmin substansiyadan istifadə edilərək istehsal olunmuş valsartan tərkibli dərman vasitələri geri çağrılıb.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND