Azərbaycan atleti Universiadada qızıl medal qazanıb


11.07.2019 09:07
101
Azərbaycan atleti Universiadada qızıl medal qazanıb

Azərbaycan atleti Nazim Babayev İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasının qalibi olub.


Ekspress.az xəbər verir ki, 22 yaşlı idmançı 3 təkanla tullanma yarışında qızıl medala sahib olub.


O, 16,89 metr nəticə göstərərək, karyerasında ikinci dəfə Universiada çempionluğunu rəsmiləşdirib.


Qeyd edək ki, bu, Azərbaycanın XXX Yay Universiadasında ikinci qızıl medalı olub. Daha əvvəl idman gimnastı Marina Nekrasova da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçuların fərdi mübarizəsində Hidayət Heydərov (73 kq) gümüş, komanda yarışında isə Azərbaycan millisi bürünc medala sahib olub (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND