Azərbaycan Qran-prisi üçün 150 akkreditasiya müraciətindən 90-ı müsbət cavablandırılıb


19.04.2019 15:31
148
Azərbaycan Qran-prisi üçün 150 akkreditasiya müraciətindən 90-ı müsbət cavablandırılıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli KİV nümayəndələri üçün Formula 1 üzrə Azərbaycan Qran-prisinin akkreditasiya qaydaları haqqında seminar keçirib.


Ekspress.az xəbər verir ki, BŞH-nın Marketinq və Kommunikasiya departamentinin Media və Yayım Əməliyyatları şöbəsinin rəhbəri Ayan Ağayeva tədbir iştirakçılarını akkreditasiya, media nümayəndələrinin iş prosesi və yarışın proqramı barədə məlumatlandırıb.


Bildirilib ki, akkreditasiya üçün Azərbaycandan 150 nəfər müraciət edib. Onlardan 90 nəfərinə müsbət cavab verilib. Həmçinin yerli 6 telekanal, 2 radio, 11 qəzet, 9 agentlik və 25 sayt akkreditasiyadan uğurla keçib.


Nəzərinizə çatdıraq ki, Azərbaycan Qran Prisi 26 - 28 apreldə keçiriləcək.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND