Bu 5 xəstəlik qəhvədən qorxur

14.08.2019 14:22
46
Bu 5 xəstəlik qəhvədən qorxur

Elə xəstəliklər var ki, qəhvədən oddan qorxan kimi çəkinir. Günə 2 fincan keyfiyyətli kofe içmək məhz bu xəstəliklərin profilaktikası üçün efektivdir. Bunlar elə xəstəliklərdir ki, ağlınıza belə gəlməz.


Ekspress.az qəhvənin profilaktik rol oynadığı xəstəliklərin siyahısını təqdim edir:


1.Qaraciyər sirrozu


CNN kanalı məlumat verib ki, gündə 2 fincan qəhvə sirroz riskini 44% azaldır. Kofe qaraciyəri sanki detoks edir. Düzdür, bu içki dərman deyil və alkoqoldan yaranacaq sirrozun da qarşısını almır. Amma normal həyat keçirən, içməyən insanlara çox yaxşı effekt verə bilər. Bir sözlə, qaraciyər kofeni sevir


2.Diabet xəstəliyi


Araşdırmalar göstərib ki, müntəzəm kofe içmək II tip diabetə tutulmaq riskini azaldır. Digər kofe sevməyən insanlara nisbətdə kofesevənlər daha az şəkərə tutulur. 

Hətta diabet olduqdan sonra da müalicə ilə yanaşı, xəstənin qəhvə içməsi ümumi dinamikaya yaxşı təsir edir, qan, ürək, qaraciyər funksiyalarını qoruyur.


3.Ürək xəstəlikləri


Kofeinin təzyiqə və ürəyə təsiri artıq yeni mövzu deyil. Qəhvə həqiqətədn də ürəkdən qəfil ölümdən xilas edə bilər. 

Tədqiqatlar göstərib ki, hər gün 1-2 fincan qəhvə ürək-damar xəstəliklərindəb ölüm riskini azaldır və xəstəni qüvvətləndirir. Əgər ürək xəstəliyiniz varsa, təbii ki, öncə həkiminizlə məsləhətləşdikdən sonra kofe qəbuluna başlaya bilərsiz


4. Xərçəng


Amerikanın xərçəng tədqiqatı institutu hələ qəhvənin şiş xəstəliklərinə təsirini öyrənməkdə davam edir. Amma onların bu günə gəldikləri nəticə odur ki, şiş hüceyrələri qəhvədən qorxur və müntəzəm qəhvə içmək xərçəngi önləyici tədbir kimi qəbul oluna bilər. 


5.Parkinson və Altsheymer xəstəlikləri


Qəhvə beynin normal aktivliyini qoruduğu üçün, yaşlandıqda Parkinson və Altsheymer kimi xəstəliklərin qarşısını ala bilər. 


Eləcə də Parkinson xəstələrinin gündə 1-2 fincan qəhvə içməsi onların simptomlarını yüngülləşdirir.


Ona görə qocaldıqda əziyyət çəkmək istəmirsizsə, indidər qəhvə içməyə adət edin. (bakupost)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND