Kəsilmiş barmağından hazırlanan kokteyl içib - FOTO

26.09.2019 17:10
119
Kəsilmiş barmağından hazırlanan kokteyl içib - FOTO

Britaniyalı keçmiş dəniz komandiri Nik Qriffits ayağından kəsilmiş barmağı ilə kokteyl sınayan ilk şəxsdir.


2018-ci ilin fevral ayında Qriffits Kanadanın Yukon bölgəsində keçirilən beynəlxalq Yukon Arctic Ultra turnirində iştirak edib. Turnirdə iştirakçılara tundra boyunca 500 kilometr məsafəni qət etmək üçün səkkiz gün vaxt verilib. Britaniyalı donmaya görə yarışı tərk etməli olur. Onu xəstəxanaya aparırlar və ayağının üç barmağını amputasiya edirlər.

 

Əməliyyatdan əvvəl tibb bacısı Qriffitsə Douson şəhərindəki “Dauntan hotelinin salonunda verilən məşhur kəsilmiş barmaq kokteyli haqqında danışıb. Ənənəyə görə, barmağınız dodağınıza toxunana qədər stəkandan uzaqlaşmaq olmaz. Barmaqlar daim çatışmır, çünki onları oğurlayıb və udurlar.


Qriffits amputasiya edilmiş barmaqlarından birini kokteyl üçün hədiyyə etmək qərarına gəlib. Əvvəlcə onlar Qriffitsin İngiltərədəki evində saxlanılıb, lakin sonra poçtla Dousona göndərilib. İyunun 11-də bağlamanı Dauntauna çatdırıblar. Bundan sonra barmaqlar altı həftə qaya duzu ilə konservləşdirilib.


Hər şey hazır olduqda, ingilislərin gəldiyi salonda bir ziyafət təşkil edilib. Qraffits ilk dəfə öz barmağı ilə kokteyl içib:


“O, düşündüyünüz qədər pis deyildi. Hər şeydən çox buz parçasına oxşayırdı. Barmağım onu son dəfə qoyduğum kimi idi”. (oxu)






Ekspress.az