İran çarəsiz qalıb, neftini dünya bazar qiymətindən aşağı satır

18.05.2019 19:03
113
İran çarəsiz qalıb, neftini dünya bazar qiymətindən aşağı satır

İranın Neft Nazirliyi 2 milyon barrel xam nefti İran Enerji Birjasında (IRENEX) satışa çıxarmağa hazırlaşır.

İRNA-ya istinadla xəbər verir ki, mayın 21-də satışa çıxarılacaq neftin bir barrelinin qiyməti 67,28 dollar müəyyən olunub.


Xatırladaq ki, İranın Neft Nazirliyi tərəfindən ilk dəfə ötən il oktyabrın 28-də birjada neft satışa çıxarılmış və bir barrel üçün qiymət 74,85 dollar təyin olunmuşdu (Azərtac). Satışın 20 faizi rial, 80 faizi xarici valyuta ilə reallaşdırılmışdı.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND