Azərbaycandan Gürcüstana elektrik enerjisi ixracı azalıb

19.03.2019 12:07
50
Azərbaycandan Gürcüstana elektrik enerjisi ixracı azalıb

Yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 15 mln. 072 min dollar dəyərində elektrik enerjisi ixrac olunub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.


İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxal etdiyi elektrik enerjisi məbləğ baxımından 3 mln. 159,1 min dollar və ya 17 % azdır.


Ötən ilin eyni dövründə Gürcüstan Azərbaycandan 18 mln. 231,1 min dollar dəyərində elektrik enerjisi idxal edib. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND