Cücərmiş sarımsağın İNANILMAZ FAYDALARI


05.05.2019 21:07
68
Cücərmiş sarımsağın İNANILMAZ FAYDALARI

Mətbəxdə uzun zaman qalan sarımsaq adətən cücərmiş olur. Bu zaman bəzilərimiz min bir dərdin dərmanını zibil qabına atırıq. Ancaq aparılan son araşdırmalarda cücərmiş sarımsaqların daha faydalı olduğu bildirilir.


Ekspress.az cücərmiş sarımsağın faydalarını təqdim edir.


 Bu dövrdə sarımsaqlarda daha çox antioksidləşdiricilər olur. Sarımsaq damar tıxanıqlığının qarşını alır. Nəticədə ürək damar problemlərindən qurtulmuş oluruq. Bir çox qulaq infeksiyalarının, o cümlədən bir çox digər xəstəliklərə qarşı ən yaxşı üsuldur.


Sarımsaq qocalmağı ləngidir. Lakin cücərmiş sarımsaqların faydası adi sarımsaqdan daha çoxdur. Virusları məhv edir, xərçəngə qarşı sədd yaradır.


Bu səbəblərə görə də cücərmiş sarımsaqları zibilə atmayın. Yeməklərə əlavə etməkdən çəkinməyin (medicina). Rahatlıqla istifadə edin.


Bir qabın içinə müəyyən miqdarda su qoyun. Sarımsağı da su əlavə edilmiş qaba əlavə edin. Diqqət edin, su çox az miqdarda, sarımsaqların diblərinə azca dəyəcək şəkilldə olsun. Həmin qabı günəş işığı düşən pəncərənin qabağına qoyun. 1 həftə ərzində bitkinin cücərdiyini görəcəksiniz.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND