Rusiyada yaşayan azərbaycanlı bloger cəzalandırıla bilər - VİDEO

09.10.2019 15:00
87
Rusiyada yaşayan azərbaycanlı bloger cəzalandırıla bilər - VİDEO

Samarada Sankt-Peterburqun məşhur blogeri Hüseyn Həsənovun cəzalandırılması tələb edilir.


Ekspress.az -ın məlumatına əsasən, əslən azərbaycanlı olan bloger gecə saatlarında 11 avtomobil ilə yol qaydalarını kobud şəkildə pozub.


Bazar günü Samaraya səfər edən bloger pərəstişkarları ilə görüşüb. Amma onun hərəkəti bir çoxunun qəzəblənməsinə səbəb olub. İnternet-ulduz bahalı maşınlardan ibarət kortej ilə şəhər küçələrini bir-birinə qatıb. Kortecin başında qırmızı rəngli “Gelandewagen” markalı avtomobil olub. Hüseyn baş verənləri lentə alaraq social şəbəkəyə yerləşdirib.


Kadrlardan da göründüyü kimi, maşınlar yol qaydalarını pozur, qarşı zolağa çıxırlar. Hazırda kadrlar polisdədir. Maşın sahibləri müəyyənləşdirilib. 4 nəfər qayda pozucusu hüquqi məsuliyyətə cəlb edilib.


(sonxeber)


Ekspress.az