“YouTube”nin fəaliyyətində problem yaranıb

28.02.2019 22:45
186
“YouTube”nin fəaliyyətində problem yaranıb

Bu axşam “YouTube” sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb.


Ekspress.az xəbər verir ki, bu barədə "gazeta.ru" məlumat yayıb.


Məlumata görə, Bakı vaxtı ilə saat 20:00-dan etibarən, sosial şəbəkədəki problemlərlə bağlı kütləvi şikayətlər daxil olmağa başlayıb.


Şikayətlərin 67 faizi videoçarxların görsənməməsi, 21 faizi səhifənin ümumi işi ilə bağlı olub. Bir çoxları isə öz akkauntlarına girə bilmədiklərini qeyd ediblər.


Problem əsasən Rusiya, Ukrayna, ABÇ, Meksika və Braziliyada qeydə alınıb.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND