Azərbaycanın neft ixracı 58,4 faiz artıb

15.03.2019 10:20
77
Azərbaycanın neft ixracı 58,4 faiz artıb


2019-cu ilin yanvar-fevral ayları ərzində Azərbaycan dəyəri 2,6 milyard dollardan çox olan 5,78 milyon ton xam neft ixrac edib.


Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən, bu il neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə  42,5%, miqdarı 58,4% artıb.


2019-cu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 212,3 milyon dollar dəyərində 2,2 milyard kubmetr təbii qaz ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,2 və 9,8 dəfə çoxdur.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND