Prezident əmək pensiyalarının artırılmasını nəzərdə tutan qanunu imzalayıb

27.02.2019 18:55
332
Prezident əmək pensiyalarının artırılmasını nəzərdə tutan qanunu imzalayıb

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. 


Ekspress.az xəbər verir ki, adıçəkilən qanun əmək pensiyasının minimum məbləğini 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən edir. Bu qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

 

Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.


Əmək pensiyasının minimum məbləği 2017-ci il iyulun 1-dən 110 manat məbləğində müəyyən olunmuşdu. 


Ekspress.az

Açar sözlər: