“Facebook” marixuana biznesini təsvir edən oyunun reklamını blok edib

15.04.2019 12:43
241
“Facebook” marixuana biznesini təsvir edən oyunun reklamını blok edib


“Facebook” sosial şəbəkəsi və YouTube xidməti, “Weedcraft Inc” oyunun reklamını blok ediblər. Bu oyun marixuananın istehsalı və satışı biznesini təsvir edir. Bu haqda aprel ayında New Game Network portalı xəbər verib.


“Developer Digital “oyununun nümayəndəsi istifadəçilərin nəzərinə çatdırıb ki, oyunun əsasında marixuananın becərilməsini nəzərdə tutmuş qanuni biznesin yaradılması ideyası dayanır.


Xatırladaq ki, bu oyunun tərtibatı ilə “Vile Monarch” şirkəti məşğul olmuşdur (banker.az). Oyun Windows və macOS əməliyyat sistemləri üçün nəzərdə tutulub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND