• 15 °C Bakı
  • 13 °C Quba
  • 11 °C Gəncə
  • 11 °C Yevlax
  • 7 °C Naxçıvan

Pelenin sidik kisəsindən daş çıxarılıb

14.04.2019 10:58
38
Pelenin sidik kisəsindən daş çıxarılıb

Futbol kralı Pelenin sidik kisəsindən daşın götürülməsi üzrə əməliyyat uğurla tamamlanıb.


"Globo Esporte"nin məlumatına görə, vətəni Braziliyada əməliyyat olunan 78 yaşlı əfsanəvi futbolçunun həyatına təhlükə yoxdur. Onun ümumi vəziyyəti yaxşı qiymətləndirilir.


Pelenin səhhətində problemlər ötən həftə Fransaya səfəri zamanı başlayıb. Braziliyalı sabiq hücumçu Parisdə PSJ-nin forvardı Kilian Mbappe ilə görüşüb (report). Aprelin 2-də axşam isə o, qaldığı oteldən təcili xəstəxanaya çatdırılıb.


Parisdən vətəninə qayıtdıqdan sonra üçqat dünya çempionu San-Paulu klinikalarından birinə yerləşdirilib. Tibbi müayinə nəticəsində onun sidik kanalında infeksiyanın olduğu müəyyənləşib.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND