"Qəbələ" klubu əsas qapıçısını itirib

19.04.2019 17:00
139
"Qəbələ" klubu əsas qapıçısını itirib

"Qəbələ" klubu "Zirə" ilə keçirdiyi Azərbaycan Premyer Liqasının XXV tur matçında ciddi itki ilə üzləşib.


Ekspress.az -ın məlumatına görə, Dmitri Bezotosnı 45-ci dəqiqədə topu oyuna daxil edərkən ayağı sürüşüb. Nəticədə 26 yaşlı qolkiper xəsarət alıb. Tibbi müdaxiləyə baxmayaraq, ukraynalı oyunçu çıxışını davam etdirə bilməyib (report). Meydanı tərk edən Bezotosnını Anar Nəzirov əvəzləyib. Əsas qapıçının durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.


Qeyd edək ki, hazırda "Qəbələ" ilk yarıdan sonra öndədir - 1:0.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND