"Azərbaycanda kök-hüceyrə mərkəzi yaradılmalıdır" - komitə sədri

12.03.2019 17:45
150
"Azərbaycanda kök-hüceyrə mərkəzi yaradılmalıdır" - komitə sədri

“Azərbaycanda artıq kök-hüceyrə mərkəzi yaradılmalıdır”.


Ekspress.az xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.


Deputat bildirib ki, belə bir mərkəzə çox ciddi ehtiyac var: “Artıq bu məsələdən ölkə rəhbərinin də xəbəri var. Ona görə hesab edirik ki, yaxın gələcəkdə bu məsələ həllini tapacaq.

Çünki Azərbaycanda artıq belə bir mərkəzə ciddi ehtiyac duyulur. Mənə hətta, dedilər ki, təkcə İstanbulda 40-a yaxın kök-hüceyrə mərkəzləri var. Odur ki, bizdə də belə bir Mərkəz mütləq olmalıdır”.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND