Yarım ilə diabetdən sağalan kişinin - RESEPTİ

22.07.2019 20:48
345
Yarım ilə diabetdən sağalan kişinin - RESEPTİ

Hazırda diabet xəstəliyi geniş yayılıb. İnsan diabet olacaqsan, artıq yaxınlaşırsan diaqnozunu eşidən kimi özünü itirir və ömürlük dərmana, insulinə möhtac olacağı ilə barışır. 


Ekspress.az bildirir ki, Rusiyanın ZOJ dərgisində 83 il yaşamış bir kişiyə 64 yaşında şəkərli diabet diaqnozu qoyulan zaman onun bu xəstəliyə necə qalib gəlməsi barədə maraqlı resept paylaşılıb. İnandırıcı gəlməsə də bu reseptlə o, faktiki diabetdən yan qaça bilib.


Elə ki, həkimdən diabet diaqnozunu aldı, kişi kimdənsə eşitdiyi və ya oxuduğu bir resepti hazırlayıb tətbiq etməyə başladı.


O, səhər, bir orta baş soğanı təmizləyib, 4 yerə bölür, qabda üzərini örtənə qədər süd əlavə edib, süddə yumşalana qədər bişirirdi. 


Gün ərzində 3-4 dəfə olmaqla bu soğanı yeyib, həmin süddən də içərdi. Beləcə günə 1 soğanı bitirirdi. 


5 aydan sonra diabet təyin olunmadı və bir daha diabet tapılmadı. 83 yaşına kimi da normal sağlam yaşadı. İldə 2-3 dəfə bu resepti 15-20 gün edərdi (bakupost).


Ekspress.az