Tramp elan etdi: miqrantlar deportasiya edilir


18.06.2019 12:42
147
Tramp elan etdi: miqrantlar deportasiya edilir

ABŞ Prezidenti Donald Tramp gələn həftədən etibarən miqrantların kütləvi deportasiyasına başlanılacağını açıqlayıb.


Ekspress.az xəbər verir ki, Tramp bu barədə Tvitter hesabında yazıb.


Onun sözlərinə görə, ABŞ-ın gömrük və miqrasiya polisi milyonlarla qeyri-qanuni miqrantı deportasiya etmək niyyətindədir:


“Qeyri-qanuni miqrantlar ABŞ-a gəldikləri kimi, sürətli şəkildə də tərk edəcəklər” (axar.az).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND