FACİƏ: Oğul anasını traktorla vurub öldürdü

12.10.2019 16:44
80
FACİƏ: Oğul anasını traktorla vurub öldürdü

Biləsuvar rayonunda ölümlə nəticələnən qəza baş verib.


Ekspress.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində olub.


Kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Fəqan Mirzəbala oğlu yaşadığı evin həyətində traktoru işə salarkən traktor qəfil hərəkətə gəlib və həyətin darvazasını açmaq istəyən anası, 1959-cu il təvəllüdlü Məmmədova Umnisə Əliş qızını vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı araşdırma aparılır.


Ekspress.az