“Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq

17.09.2019 17:48
80
“Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq

“Azərbaycanda “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq”. 


Ekspress.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli deyib.


O qeyd edib ki, ödənişli təhsil alan tələbələrin problemlərini həll etmək üçün ayrıca qanunun hazırlanması məqsədəuyğun hesab edilib: “Bununla bağlı müzakirələr aparılır. Hazırda “Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlanması istiqamətində iş gedir. Bununla bağlı əsas dünya təcrübəsi öyrənilir”. (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND